Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

Qız Qalasının konservasiyasının payızda tamamlanması nəzərdə tutulub


Qız Qalasının həm fasadı, həm içərisinin konservasiyasının tamamlanması 2013-cü ilin sentyabr ayına nəzərdə tutulub.

Bunu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov yap.org.az saytına müsahibəsində deyib.

O, bildirib ki, muzey konservasiyası zamanı zədələnmə səviyyəsindən asılı olmayaraq heç bir daş abidədən kənarlaşdırılmayıb:

«Mövcud problemlər aradan qaldırılaraq, abidənin səthi möhkəmləndirilib. Bərpa zamanı Almaniyanın «Remmers» şirkətinin Qız qalasının bərpası üçün hazırladığı xüsusi materiallarından istifadə olunub».

Mikayıl Cabbarov deyib ki, abidənin hər bir daşına zədələnmə dərəcəsinə və xüsusiyyətinə görə fərdi yanaşılıb. Konservasiya işlərini Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri Şəhərdə yerləşən Məhəmməd məscidini bərpa etmiş «Atelier Erich Pummer» şirkətinin rəhbəri Eriсh Pummer-in başçılığı ilə xarici və yerli mütəxəssisləri həyata keçirir.
XS
SM
MD
LG