Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:48
-
Moskvada Millətlər Evində yazıçı Anarın 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə «Ocaq» Azərbaycan Mədəniyyət Cəmiyyəti və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın və Rusiyanın mədəniyyət xadimləri iştirak edib.

«Ocaq» cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli tədbiri açaraq yubilyarın həyat və fəaliyyəti barədə məlumat verib.

Polad Bülbüloğlu Anarı təkcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin həyatında bir hadisə adlandırıb:

«Anar haqqında danışmaq, bir tərəfdən çox asandır, çünki faktlar çoxdur, digər tərəfdən onun barəsində danışmaq çətindir, çünki Anarın yaradıcılığı, onun fəaliyyəti çoxşaxəlidir».

Xəbərdə bildirilir ki, Beynəlxalq Yazıçı və Publisistlər Assosiasiyasının prezidenti, Riqadan Moskvaya məxsusi Anarın yubileyi münasibəti ilə gəlmiş Andrey Korsarov tanınmış Azərbaycan yazıçısının ictimai fəaliyyətinin beynəlxalq aspektinin əhəmiyyətini vurğulayaraq «Планета поэтов» («Şairlər planeti») kitabının altıncı cildini Anara hədiyyə edib. Bu cilddə azərbaycanlı müəlliflərin də əsərləri yer alıb.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Aparatının icraçı direktoru İlqar Hacıyev, Moskva Yazıçılar İttifaqının üzvü, şair-tərcüməçi Mixail Sinelnikov, Moskvadakı bir sıra Azərbaycan ictimai təşkilatlarının rəhbərləri və nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri yubilyara ünvanlanmış təbrik nitqləri ilə çıxış ediblər.

Yubiley gecəsinin sonunda Anarın ssenarisi əsasında çəkilmiş «Sübhün səfiri» (rejissor Ramiz Həsənoğlu) bədii filmi nümayiş etdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG