Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:29

Depardieu Azərbaycan mətbəxini intellektual məhsul sayır


Gerard Depardieu Azərbaycan mətbəxini təbliğ edir

Gerard Depardieu Azərbaycan mətbəxini təbliğ edir

-

Youtube-da tanınmış fransız aktyoru Gerard Depardieu-nin iştirakı ilə videoçarx yerləşdirilib.

Videoçarx «Euronews» telekanalı üçün çəkilib və Azərbaycan mətbəxi haqqındadır.

Çarxda ssenarist Gerard Depardieu ilə süfrə arxasında görüşür. Onu öz ssenarisi ilə tanış edir. O, ssenarisi haqda danışdıqca süfrəyə bir-birinin ardınca yeməklər gəlir.

Süfrəyə hər yemək gəldikcə aktyor heyrətlənir. İlk reaksiyası «çox maraqlı», sonra «əla», «ecazkar», daha sonra «arzular gerçəkləşir» olur. Sonda isə «mən heyran oldum» deyir.

Sssenarist: - Mənim ssenarim belə xoşunuza gəldi?

Depardieu: - Nə ssenari, mən yeməklərə heyran olmuşam. Bu cür yeməkləri olan ölkə, şübhəsiz ki, ağıllı ölkədir.

Videoçarxın ssenarisi Mədəniyyət və Turizm Nazirliyinə «CineX» şirkəti tərəfindən təqdim edilib.

Gerard Depardieu videoçarxın çəkilişi ilə bağlı 2011-ci ilin iyununda Bakıda olub.




Bəzi məşhur aktyorlar hansı ölkələri reklam etdiklərinə çox həssaslıqla yanaşırlar.

Depardieu-nin isə belə bir qayğısı yoxdur.

Fransada yüksək vergilərdən qaçan aktyor-biznesmenə bu yaxınlarda Rusiya vətəndaşlığı verilmiş, əcnəbilər üçün bir neçə il çəkən prosedur onun üçün cəmi bir neçə günə başa çatdırılmışdı. Ona pasportu Rusiyanın avtoritar prezidenti Vladimir Putin təqdim etmişdi.

Çeçenistanın avtoritar rəhbəri Ramzan Kadırov isə Qroznıda Depardieu-yə göydələndə ev bağışlamışdı.

Bundan əvvəl isə aktyor Özbəkistanın avtoritar lideri İslam Kərimovun qızı Gülnarə ilə bu dueti oxumuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG