Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:58
-

Samuxda 6 hektar sahədə Heydər Əliyev adına park və 13 otaqlı mərkəz inşa edilir

Bu haqda rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilir ki, Heydər Əliyevin adını daşıyan 2 mərtəbəli Mərkəz də tikilir.

Binada konfrans zalı, foto studiya, rəsm qalereyası, elektron kitabxana, ictimai iaşə (kafe və s.) guşələri, ümumilikdə 13 otaq fəaliyyət göstərəcək. Bundan əlavə sözügedən parkda yaşıllıqlar salınıb, oturacaqlar qurulub, ümumilikdə 10 min kvadrat metrdən artıq sahəyə tamet və 1 min 500 kvadratmetr qranit döşənib.

Bundan əlavə ərazidə hər biri 200 ton olmaqla 2 su anbarı qurulub. 200-ə yaxın müxtəlif ölçülü işıq dirəkləri də gətirilib. Aparatdan bildirilib ki, işlərin artıq 95 faizdən çoxu görülüb və yaxın zamanlarda park sakinlərin istifadəsinə veriləcək.
XS
SM
MD
LG