Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

468 nəfər haqda Azərbaycanı tərk etmə qərarı qəbul edilib


Aprelin 8-dən 12-nə qədər Azərbaycanda 564 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 71 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

468 nəfər haqda Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə, 21 nəfər isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

4 nəfərin müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

Xəbəri Dövlət Miqrasiya Xidməti yayıb.
XS
SM
MD
LG