Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:26
Bu barədə Gəncə Regional Elektrik Şəbəkəsinin satış direktoru Rza Səmədov məlumat verib. Bildirib ki, bu il ərzində baş verən 906 müdaxilə əsasında 8 milyon 528 min kilovat saat elektrik enerjisi sərf olunub. Ümumilikdə 511 min manat məbləğində cərimə kəsilib. Ötən ilin müvafiq dövrü ərzində isə elektrik sayğaclarına müdaxilə, elektrik enerjisindən oğurluq, eləcə də tətbiq olunan cərimə sanksiyalarını ödəməyən 58 abonentin işi qanunamüvafiq olaraq məhkəmə orqanlarına göndərilib.

Rza Səmədov deyir ki, ən çox müdaxilə halları hazırda qərb bölgəsi üzrə Göygöl, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında olur.

Gəncə Regional Elektrik Şəbəkəsi Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Gəncəni əhatə edir.
XS
SM
MD
LG