Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:14

«Azadlıq» qəzetinin bank hesabına həbs qoyulub


Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Azadlıq» qəzetinin bank hesabına həbs qoyulub.

Həbs qərarı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun qəzetə qarşı təmin edilmiş iddiasının icrası məqsədi daşıyır.

T. Əhmədovun iddiası üzrə «Azadlıq» qəzeti 30 min manat cərimələnmişdi. Bakı Metropoliteninin rəisi «Azadlıq» qəzetinin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan «Tağı Əhmədov 5 qəpikləri mənimsədi» sərlövhəli məqalədə şərəf və ləyaqətinin aşağılandığını bildirərək məhkəməyə müraciət edib.
XS
SM
MD
LG