Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44

Bakı-Qazax yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb



Bakı-Qazax yolunun bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun Hacıqabul-Bulaqlı hissəsində asfalt-beton örtüyünün üst qatının qoyulması ilə əlaqədar Bakı-Qazax avtomobil yolunun 119-cu km-dən Sabirabad istiqamətində 6 km məsafədə hərəkət bu gündən tam məhdudlaşdırılıb.

Tam məhdudlaşdırılma aprelin 18-dək davam edəcək.

Alternativ yol kimi minik avtomobilləri Kür çayı üzərindəki körpüdən keçməklə Şirvan - Sabirabad, yük avtomobilləri isə Sabirabad - Surra - Padar avtomobil yolundan istifadə edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG