Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:50

Azərbaycanda əhalinin 60 faizi artıq çəkidən əziyyət çəkir


«Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda ölüm və xəstələnmə hallarının başlıca səbəbi qeyri-infeksion xəstəliklərdir».

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxışında deyib.

O bildirib ki, nəticələrə əsasən qeyri-infeksion xəstəlik hallarının böyük əksəriyyətinin baş verməsi tütün çəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır: «Ölkədə tütün çəkmə 22,9%, gündəlik tütün çəkmənin yayılması isə 21,3% təşkil edir. Lakin bu yayılma kişilər arasında qadınlara nisbətən 100 dəfə yüksəkdir. Ətrafa yayılan tütün tüstüsünə kişilər daha çox ictimai yerlərdə (76,6%), qadınlar isə evdə (41,2%) məruz qalırlar. Hazırda spirtli içki içənlərin nisbəti kişilər arasında qadınlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Bu da müvafiq olaraq kişilərdə 26,9% qadınlarda isə 1,7% təşkil edir».

İSİM-in direktoru vurğulayıb ki, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir: «Azərbaycanda insanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG