Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:30

Növbəti 3 gündə Azərbaycanda hava şaxtalı olacaq


Bu gündən Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək, hava əsasən yağıntılı keçəcək, bəzi yerlərdə yağıntının intensiv olacağı və gecə şaxtalı hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Bu cür hava şəraiti aprelin 19-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, növbəti 3 gündə Azərbaycanın rayonlarında havanın temperaturu 10, Bakıda isə 7 dərəcəyə kimi enəcək, ölkənin bəzi yerlərinə sulu qar, yüksək dağlıq ərazilərə isə qar yağacaq.

Aprelin 16-da Bakıda və Abşeron yarımadasında gündüz 12-17 dərəcə isti gözlənilir.
Aprelin 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam yarımadanın bəzi yerlərində yağışın bir qədər intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 18-də isə Bakıda və Abşeron yarımadasında gündüz 9-14, gecə 4-9 dərəcə isti olacağı gözlənilir.

Aprelin 16-dan 18-dək Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağda havanın arabir yağıntılı olacağı ehtimal olunur. Gecə saatlarında yağışın bəzi yerlərdə sulu qara və qara keçəcəyi, yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılır.

Mərkəzi Aran rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın cənub rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə 4-9 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.

Aprelin 17-də bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
XS
SM
MD
LG