Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:05

Azərbaycan İstanbul sərgisində 130 adda hərbi məhsulla iştirak edəcək


Mayda İstanbulda keçiriləcək müdafiə sənayesi sərgisində (İDEF-2013) Azərbaycan 130 adda hərbi məhsulla iştirak edəcək.

Bunu Nazirlər Kabinetinin aprelin 14-də keçirilən iclasında Müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu sərgiyə ilk dəfə olaraq «Gürzə» pulemyotu, «Yalquzaq» snayper tüfəngi, HP-7,62 tipli hücum pulemyotu, «Gürzə» patrul maşını, «Aerostar» və «Orbiter» tipli pilotsuz uçuş aparatları çıxaracaq.

Bu, sayca Azərbaycanın iştirak etdiyi XI beynəlxalq sərgidir.

Yavər Camalovun dediyinə görə, 2014-cü ilin sentyabrında Bakıda «ADEX-2014» beynəlxalq müdafiə sənayesi sərgisinin keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG