Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:55

Azərbaycan ilə Aİ arasında Assosiasiya Sazişi üzrə irəliləyiş əldə olunub


-
Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə keçirilmiş Assosiasiya Sazişi üzrə plenar sessiyada müxtəlif sahələrdə, xüsusən də hüquq məsələləri üzrə irəliləyiş əldə olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

Kobia qeyd edib ki, bu danışıqlar Vilnüs sammitinə qədər başa çatacaq.

«Biz iqtisadi sahədə də müəyyən irəliləyiş əldə etmişik və bəzi məsələlər artıq bağlanıb», - Kobia deyib.

O, vurğulayıb ki, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə danışıqlar davam edir.
XS
SM
MD
LG