Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58

Maşınların arxa yan şüşələrində jalyuzilərə icazə verildi


-
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər» dövlət standartına dəyişikliklər edib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır.

Həmçinin, Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyuzilərin istifadəsinə icazə veriləcək.

Dəyişikliklər 1 may 2013-cü ildən qüvvəyə minir.
XS
SM
MD
LG