Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:15

İsmayıllı məhbusu Xəyal Şaranovun aclığa başladığı deyilir


-
İsmayıllı hadisələri zamanı həbs olunan Xəyal Şaranovun saxlandığı Kürdəxanı istintaq təcridxanasında aclığa başladığı deyilir.

Bu haqda AzadlıqRadiosuna onun atası Sergey Şaranov deyib. Onun dediyinə görə, oğlu 3 gündür aclıq edir:

«Mən işləmirəm, yoldaşı işləmir, yoldaşım işləmir. Ailədə tək işləyən o idi. O da indi həbsxanadadır. Buna görə aclığa başlayıb. Heç ona baxan da yoxdur».

Xəyal Şaranovun vəkili Eldar Qədimi aclıq aksiyasından xəbərsiz olduğunu, bu haqda yalnız aprelin 16-da məlumat verə biləcəyini dedi.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov da aclıq aksiyasından xəbərsiz olduğunu bildirdi. Onun fikrincə, müttəhim aclıq edirsə, bunun üçün ciddi əsasları olmalıdır:

«Eyni zamanda, saxlandığı müəssisəsinin rəhbərliyinə müraciət etməlidir. Bundan sonra da o, digər məhkumlardan təcrid olunaraq həkim nəzarətinə götürülür».

Mehman Sadıqov Xəyal Şaranovun təcridxana rəhbərliyinə belə müraciətindən xəbərsiz olduğunu bildirdi.

«Saxlanma şəraiti və ya istintaqla bağlı şikayəti olsaydı, aclığa başlamasını başa düşmək olardı. Amma bu deyilən səbəb yersizdir. Bununla belə, aclıq etmək onun haqqıdır».

İsmayıllı etirazları zamanı Xəyal Şaranov haqda təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 186.2 (külli miqdarda əmlakı məhv etmə), 233 (kütləvi iğtişaşlar təşkil etmə və iştirak etmə) və 315.2 (polisə müqavimət) maddələri ilə ittiham olunur. Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG