Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:50

Seçkini udan Maduro səslərin yenidən sayılmasını təklif edir


Nikolas Maduro səs verəndə Allaha dua edir
Nikolas Maduro səs verəndə Allaha dua edir
Hugo Chavesin özünə varis təyin etdiyi Nikolas Maduro Venesuelada president seçkilərinin qalibi elan edilib.

Seçki komissiyası bildirir ki, Maduro öz rəqibi Henrique Caprilesə cəmi 300 min səs üstünlüyü ilə qalib gəlib.

Maduro 50,8 %, Capriles 49,1% səs toplayıb.

Nəticələr elan olunandan sonra öz tərəfdarları qarşısına çıxan Maduro deyib ki, onun qələbəsinə heç bir şübhə qalmasın deyə, səslərin yenidən sayılmasına razıdır.


Henrique Capriles
Henrique Capriles
Capriles isə deyib ki, hər bir səs yenidən sayılmayınca, məğlubiyyətini etiraf etməyəcək.

Maduro Chavesin elan etdiyi “21-ci əsr sosializmi” siyasətini davam etdirəcəyini vəd edir. Bu siyasət kasıblara böyük dövlət xərcləri və iqtisadiyyat üzərində dövlət nəzarətidir.

Capriles isə hesab edir ki, belə siyasət Venesuelanı dağıntıya aparacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG