Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:11

Kerry ABŞ və müttəfiqilərinin Şimali Koreya təhlükəsi qarşısında birləşdiyini bildirir


ABŞ Dövlət Katibi John Kerry Tokioda deyib ki, ABŞ və onun Asiya müttəfiqləri Şimali Koreya təhlükəsinə qarşı birləşiblər.

Asiya səfərinə Yaponiyada yekun vuran Kerry Şimali Koreyanı nüvəsizləşdirmək barədə son beynəlxalq öhdəliklərinə əməl etdiyini göstərməyə çağırıb. O deyib ki, Şimali Koreya bu istiqamətdə əhəmiyyətli addımlar atmalıdır.

Kerry bu bəyanatı verdiyi gün – aprelin 15-I Şimali Koreya milli lideri Kir İr Senin 101 illiyini qeyd edir. Təhlilçilər Şimali Koreyanın bunu qeyd etmək üçün orta radiuslu raket sınağı keçirəcəyini istisna etmirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG