Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:00
-
Aprelin 15-dən 17-dək Londonda keçirilən beynəlxalq kitab sərgisində Azərbaycan da iştirak edir.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

London Beynəlxalq Kitab Sərgisi 1971-ci ildən hər il keçirilir.

Sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edir.

Xəbərdə bildirilir ki, Azərbaycan ilk dəfə 2009-cu ildə London Beynəlxalq Kitab Sərgisinə qatılıb.

2009, 2010, 2011 və 2012-ci illərdə keçirilən London sərgisində Azərbaycanın kitabları, mədəniyyəti, Qarabağla bağlı həqiqətləri, dövlətçiliyi, tarixi böyük maraq doğurub, Azərbaycan stendi çox sayda insan tərəfindən ziyarət olunub.

Bu il London Kitab Sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və həmin şöbənin baş məsləhətçisi Aslan Cəfərov təmsil edir.

Milli ekspozisiya sərgidə 24 kv.m-lik sahədə qurulan stend avadanlıqlarında nümayiş olunur.

Burada ölkənin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa və s. aid 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG