Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45
Lənkəran rayon polis şöbəsində intihara cəhd edən rayon sakini Babayev Cəmil Cəlil oğlu aprelin 15-i vəfat edib.

O, Lənkəran rayonda Onkoloji Mərkəzin reanimasiya şöbəsində yatırdı.

Yaxınlarının dediyinə görə, Cəmil Babayev özünü polis şöbəsinin 3-cü mərtəbəsindən atıb.

Lənkəran rayon polis şöbəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bu barədə məlumatsız olduqlarını bildiriblər.

Bir neçə gün əvvəl Cəmil Babayevin qardaşı Aqil Babayev AzadlıqRadiosuna bildirib ki, qardaşını polis şöbəsində döyüblər:

«Bundan sonra o, özünü polis şöbəsinin 4-cü mərtəbəsindən atıb. Canında salamat yer yoxdur. Qardaşımın vəziyyəti ağırdır».

Əvvəllər də məhkum olunan Cəmil Babayev oğurluqda təqsirli bilinir.
XS
SM
MD
LG