Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:48

Havanın temperaturu düşür


Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturunun nisbətən enəcəyi, ölkənin bəzi ərazilərində leysan yağacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında hava arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 13-18, gecə 6-9 dərəcə isti olacaq.

Aprelin 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qrəb küləyi əsəcək, arabir güclənəcək. Gündüz 12-17, gecə 6-9 dərəcə isti olacağı gözlənilir.

Aprelin 16-17-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin aprelin 16-da gecə və axşam bəzi qərb rayonlarında, aprelin 17-də isə əksər rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək caxacağı ehtimalı var.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20, aprelin 16-da 24 dərəcəyə kimi isti təşkil edəcək. Dağlarda gecə 3-8, gündüz 7-12, aprelin 16-da 15 dərəcəyə kimi isti olacağı gözlənilir.
XS
SM
MD
LG