Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:42
Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə insident olub. ANS PRESS-in məlumatına görə, hərbi hissənin qazanxanasında partlayış olub.

Hadisə nəticəsində iki əsgər – Füzuli rayonundan hərbi xidmətə çağırılan Musazadə Natiq və Nəsimi rayon hərbi komissarlığından hərbi xidmətə çağırılan Bayramov Xaliq Rafiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Natiq Musazadə 3-cü, Xaliq Bayramov isə 2-ci dərəcəli yanıq xəsarətləri ilə hərbi hospitala yerləşdiriliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hazırda hər iki əsgər hospitaldadır və vəziyyətləri ağır qiymətləndirilir:

«Onların müalicəsi üçün nə lazımdırsa edilir».

Günün bütün mövzuları

XS
SM
MD
LG