Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:13

Azərbaycanda yaşı 100-dən yuxarı olan 838 nəfər yaşayır


Hazırda Azərbaycanda yaşı 100-dən yuxarı olan 838 nəfər vətəndaş yaşayır. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, yaşı 100-dən çox olanların böyük əksəriyyəti qadınlardır.

Belə ki, yaşı 100-dən yuxarı olan 838 nəfərin 814-ü qadın, 24 nəfəri isə kişidir. Paytaxt Bakıda isə yaşı 100-dən yuxarı olanların sayı 56 nəfərdir. Paytaxtda yaşı yüzü keçənlərin arasında kişilər yoxdur. Abşeron iqtisadi rayonunda isə 5 nəfər yaşı 100-dən çox olan insan (hamısı qadın) yaşayır.

Azərbaycanın bölgələri üzrə də vəziyyət fərqlidir. Yaşı 100-dən yuxarı olan insanların sayına görə birinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu gəlir. Burada 258 nəfər 100-dən yuxarı yaşı olan insan yaşayır ki, onların 14-ü kişi, 244-ü isə qadındır. Gəncə-Qazax iqtisadi rayonunda 174 nəfər (hamısı qadın), Aran iqtisadi rayonunda 120 nəfər (hamısı qadın), Kəlbəcər-Laçın iqtisadi rayonunda 103 nəfər (3 kişi, 100 qadın), Naxçıvan iqtisadi rayonunda isə 48 nəfər (7 kişi, 41 qadın), Dağlıq Şirvan iqtisadi rayonunda 33 nəfər (hamısı qadın), Lənkəran iqtisadi rayonunda 25 nəfər (hamısı qadın), Quba-Xaçmaz iqtisadi rayonunda 11 nəfər (hamısı qadın), Şəki-Zaqatala iqtisadi rayonunda 5 nəfər (hamısı qadın) yaşı 100-dən çox olan insan yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG