Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:24
Suriyanın hökumət qoşunları ölkənin müxtəlif rayonlarında üsyançıların mövqelərinə zərbələr endirir.

Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri Haddad kəndinin havadan bombalanması nəticəsində 16 nəfərin öldüyünü xəbər verirlər.
Həmçinin Dəməşq ətrafında 2, Deraa əyalətində isə 1 nəfərin öldüyü bildirilir.

Suriyanın dövlət televiziyası Deraa, İdlib və Hələb əyalətlərində üsyançılara qarşı hərbi əməliyyatlar aparıldığını xəbər verir.

2 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə savaş gedir.
BMT bu müddət ərzində 70 mindən çox adamın öldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG