Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21
Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” şirkəti Madridin “Real” klubunun titul sponsoru olacaq.

QoL.Az-ın “Marca”ya istinadla yaydığı məlumata görə, aprelin 30-də şirkətlə klub arasında dörd illik müqavilə imzalanacaq.

Anlaşmaya əsasən, “Real” hər il “Emirates”dən 25 milyon avro gəlir götürəcək ki, bu reklamdan klub üçün rekord qazancdır.

“Real”ın hazırkı sponsoru olan “Bwin” isə gələn mövsüm də “Kral klubu” ilə əməkdaşlığı davam etdirəcək.
Lakin onlar artıq ikinci sponsor olacaqlar.

Qeyd edək ki, “Emirates” İngiltərənin “Arsenal” və İtaliyanın “Milan” klublarına da sponsorluq edir.
XS
SM
MD
LG