Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 14:07

OMV şirkəti RWE şirkətinin Nabucco layihəsindəki səhmlərini alıb


Foto arxiv
Foto arxiv
Avstriyanın OMV enerji şirkəti Almaniyanın RWE şirkətinin Nabucco qaz kəməri layihəsindəki səhmlərini alıb.

Bu barədə OMV şirkətinin özü məlumat verib.
Söhbət 16,67 faizlik səhmlər paketindən gedir.
Amma OMV şirkəti bu barədə ətraflı məlumat vermir.

RWE şirkəti Nabucco layihəsinə 2008-ci ildə qoşulub.
Şirkətin bu addımı Nabucco layihəsinə növbəti zərbə hesab olunur.

Bu layihədə Macarıstanın MOL, Rumınyanın Transgaz, Bolqarıstanın Bulgargas və Türkiyənin Botas şirkətləri də iştirak edir.
Bu kəmərlə Xəzər hövzəsi qazının Mərkəzi Avropaya çıxarılması nəzərdə tutulur.
XS
SM
MD
LG