Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Belçikada baş verən yol qəzasında 5 nəfər ölüb


Belçikanın şimalında baş vermiş yol qəzasında azı 5 nəfər ölüb, 13 nəfər yaralanıb.
Yaralılardan 5-i ağır vəziyyətdədir.
Ölənlərdən 3-ü böyük, 2-si isə məktəblidir.

Polşadan gələn avtobus Antverpen ətrafında yoldan çıxaraq aşıb.
Avtobusda Rusiyanın Volqoqrad şəhərindən Avropaya səfərə çıxan 40 məktəbli olub.
Onlar 15-17 yaş arasındadır.

Bu barədə agentliklər Belçika rəhbərliyinə istinadla xəbər verir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumatı təsdiqləyib.

Qəzanın səbəbi araşdırılır.
XS
SM
MD
LG