Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:35
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq Qapısı 13 aprel 2013

...O dövrdə hakimiyyətdə olan adamların səriştəsizliyi nəticəsində Azərbaycan dövlət müstəqilliyini itirmək, ölkəmiz dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ümummilli liderimiz Azərbaycanın müstəqil dövlət kimi əbədi varlığını təmin etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sabitliyi təmin etməklə, hüquqi dövlət quruculuğu istiqamətində mühüm ardıcıl tədbirlər həyata keçirməklə müstəqilliyi qorumağın nümunəsini yaratmışdır. Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxarmış, dövlət müstəqilliyimizi daha da möhkəmləndirmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da quruculuq işləri davam etdirilir, blokada şəraitində yaşayan naxçıvanlıların problemlərinin həll olunması diqqətdə saxlanılır. Bu gün ulu öndərin uzaqgörən siyasəti bu qədim diyarda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin «Heydər Əliyev ili» elan olunması, bu istiqamətdə yüksək səviyyəli tədbirlərin reallaşdırılması dahi rəhbərə böyük sevgi və məhəbbətin ifadəsidir.

Sonda məşğələ iştirakçıları ulu öndərin hər birimiz üçün örnək olan həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar.

NAXÇIVAN: REGİONUN BİZNES MƏRKƏZİ

…Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: «Müvafiq sahə üzrə işin təşkili üçün beynəlxalq təcrübəyə əsaslanan biznes-planların tutulması da vacibdir. Bu baxımdan İqtisadi İnkişaf Nazirliyi sahibkarlıqla məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərə biznes-planlarının tərtibində müvafiq köməklik göstərməli, fiziki şəxslərin iqtisadi biliklərə yiyələnmələri üçün kurs və seminarların təşkilinə diqqəti artırmalıdır. Yerli istehsalçıların xarici ölkələrdəki mövcud təcrübəni mənimsəməsi, bu sahədəki ən son texnoloji nailiyyətlərlə tanış olması, eyni zamanda istehsal etdikləri məhsulların xaricdə təbliği və tanıdılması məqsədilə onların vaxtaşırı muxtar respublikadan kənarda təşkil olunan sərgi, biznes-forum və konfranslarda iştirakı diqqət mərkəzində saxlanmalıdır. Naxçıvan şəhərində yeni Biznes Mərkəzinin istifadəyə verilməsi gələcəkdə bu cür sərgi və biznes-forumların muxtar respublikamızda da yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradır. Bu imkandan səmərəli istifadə olunmalıdır».

Muxtar respublikamızda özəl sektorun inkişafı üçün atılan belə addımlar onu deməyə əsas verir ki, Naxçıvan yerləşdiyi regionda işgüzar mərkəz olmaq yolundadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG