Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:56

Azərbaycan ordusunun gizirinin yaralandığı deyilir


-
«Aprelin 14-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan ordusunun giziri ağır yaralanıb».

Məlumatı APA yayıb.
Hadisə Ağdamın işğal altında olan Şurabad kəndində baş verib.

Gizir Ramil Şahmar oğlu Hüseynov aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır. Məlumata görə, yaralı helikopterlə paytaxta gətirilib.
Ramil Şahmar oğlu Hüseynov Tərtər rayonunun Hüsənli kəndində anadan olub, Tərtər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG