Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00

Bakıda təhsil sərgisi keçirilir


-
İki gün (aprelin 13 və 14-ü) davam edən sərgidə 19 ölkənin 80 ali təhsil ocağı təmsil olunur.

Sərgini Türkiyənin “Akare İnternational Education Fairs” şirkəti təşkil edib.

“Bakıda hər il 2-3 dəfə keçirilən sərgilərin əsas məqsədi azərbaycanlı tələbələri xaricdə təhsillə bağlı daha ətraflı məlumatlandırmaq və onların xaricdə oxumasını təmin etməkdir” –bunu şirkətin icraçı direktoru Nazim Özsoylu AzərTAc-a müsahibəsində bildirib.

Sərgidə Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Belarus, İtaliya, Kanada, Malayziya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri, dil kursları və şirkətləri iştirak edirlər. Tələbələrə xaricdə təhsil, MBA proqramları və dil kursları haqqında ətraflı məlumatlar verilir.

Sərgi «Hilton» otelində keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG