Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

Azərbaycan-Gürcüstan- Qazaxıstan cempionatına 50 milyon lazımdır


 Zviad Sichinava

Zviad Sichinava

Gürcüstanla Azərbaycan birgə futbol çempionatı təşkil etmək və bura Qazaxıstanı da cəlb etmək fikrindədirlər.

“Trend”in məlumatına görə, buni Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Sicinava jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu barədə qərar yaxın həftələrdə qəbul olunacaq: "Bu məsələ artıq Azərbaycan Futbol Federasiyası ilə müzakirə olunub və razılaşdırılıb. Qazaxıstan Federasiyasının prezidenti ilə danışıqlar isə Tbilisdə onun da qatılacağı futzal üzrə Çempionlar Liqasının final yarışı zamanı aparılacaq".

O bu ideyanın futzal üzrə final yarışına gələcək UEFA prezidenti Michel Platini ilə də müzakirə olunacağını deyib.

Sicinava hesab edir ki, çempionatın bu formatda keçirilməsi futbolçuların ustalıq səviyyəsinin artırılması və maliyyə vəsaitlərinin cəlbinə kömək edəcək.

Zviad Siçinava Azərbaycan, Gürcüstan və Qazaxıstanın birgə çempionatının büdcəsini də açıqlayıb.
Qol.Az-ın Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə,o büdcənin təxminən 50 milyon dollar olacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG