Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:52
Çinin paytaxtı Pekində 7 yaşlı qız quş qripi virusuna yoluxub.
Pekin Səhiyyə Bürosunun məlumatına görə valideyinləri quş alverçisi olan qız H7N9 virusuna yoluxub.

Ümumilikdə Çində bu virusa 40-a yaxın adam yoluxub və onlardan 11-i ölüb.
Virus ölkənin şərqində peyda olub.

Çinin Səhiyyə Nazirliyi birbaşa insandan insana keçmədiyinə görə epidemiya təhlükəsi olmadığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG