Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:15

Kerry Çinə gedib


Foto arxiv
Foto arxiv
ABŞ Dövlət katibi John Kerry Çin rəhbərliyini Şimali Koreyaya təzyiq göstərməyə çağırıb.

Dövlət katibi bu gün Pekində Çin prezidenti Xi Jinping lə görüşüb.
O Koreya yarmadası, Suriya cə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin doğurdan da çətin olduğunu bildirib.

Şimali Koreya son günlər BMT təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və Seulla Vaşinqtonun regionda keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq Cənubi Koreya, Yaponiya və ABŞ-ı dəfələrlə müharibəylə hədələyib.

ABŞ Dövlət katibi cümə günü Cənubi Koreyaya səfəri zamanı bildirib ki, ABŞ heç vaxt Şimali Koreyanın nüvə dövləti olmaq istəməsi ilə razılaşmayacaq.
O həmçinin qeyd edib ki, Pxenyanın orta mənzilli yeni balistik raketin sınağını keçirməsi böyük səhv olardı.
XS
SM
MD
LG