Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:11

Öz sözçüsündən az qazanan prezident


Vladimir Putin (solda) sağda onun sözçüsü Dmitri Peskov

Vladimir Putin (solda) sağda onun sözçüsü Dmitri Peskov

Kremlin vebsaytı Rusiya rəsmilərinin 2012-ci ildəki rəsmi gəlirlərini açıqlayıb.
Rəqəmlərə görə, prezident Putinin sözçüsü Peskov prezidentin özündən çox qazanıb.
Keçən il Putinin gəliri 5 milyon 790 min 823 rubl olub. Bu da təxminən 187 min dollardır.
Putinin aylıq gəliri 15 min dollardır.

Onun sözçüsü Peskovun illik gəliri isə 6 milyon 366 min 735 rubl olub ( 205 min dollar).

Ancaq Putin bundan yəqin ki, məyus olmur. Putin 2011-ci illə müqayisədə 2 milyon rubl artıq qazanıb.

Rusiyanın baş naziri Medvedev də keçən il Putindən çox qazanıb. Onun illik gəliri 5 milyon 814 min 351 rubl olub ( 187500 dollar) .

Ancaq bunlar rəsmi rəqəmlərdir və vəzifəli şəxslərin gəlir bəyannaməsində özlərinin göstərdikləridir.

Bəzi beynəlxalq təşkilatların araşdırmasına görə, Putin nəinki Rusiyada, hətta dünyada ən varlı adamlardan biridir. Həmin araşdırmalarda onun var-dövləti 50 milyard dollar məbləğində qiymətləndirilir.
XS
SM
MD
LG