Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:59

Universitet bitirməklə universitet savadının fərqi - [Video]


-


Azərbaycan universitetlərindəki təhsil mədəniyyəti elm, bilik arzulayan gəncləri alternativ informasiya əldə etmək, müzakirələr aparmaq üçün başqa mənbələrə üz tutmağa məcbur edir.

Onlar üçün «online» müzakirələr və internet, alternativ qurumların təlim və seminarları savad almaq üçün universitet auditoriyasının yarada bilmədiyi azadlığı verir.

Lakin bu mənbələr nə dərəcədə etibarlıdır?

«Wikipedia» universitet kitabxanalarını, nüfuzlu şəxslərin fikirləri, akademiklərin yazdığı kitabları nə dərəcədə əvəz edə bilər?

Aprelin 15-i Azadlıq FM-də Azərbaycanda alternativ bilik və universitet təhsilinin müzakirəsi aparılıb.
Fəlsəfə elmləri doktoru Füzuli Qurbanlı:
- Dərs keçdiyim Qafqaz Universitetində mühazirələrdə, seminarlarda çox maraqlı müzakirələrə, fərqli fikirlərə yer verilir.
- Azadlığı özbaşınalıq kimi qəbul etmək düzgün deyil.
- Tələbələrdə müzakirə mədəniyyəti aşılamaq lazımdır.
- Cəmiyyətdə nə qədər fərqli fikirlər olsa inkişafa yol açır.
Bakı Dövlət Universitetinin məzunu Etibar Salmanlı:
- Universitetdəki metodla, kənar seminarlardakı metodlar fərqlənir. Kənarda daha sərbəst, azad mühit var.
-90 dəqiqə bir nəfərin nitqinə qulaq asmaq imkansızdır.
- Tələbə müəllimin fikriylə razı deyilsə, bunu əsaslandırmalıdır.
Bakı Dövlət Universitetinin məzunu Vüqar Bəhmənzadə:
- Dünyagörüşünü artırmaq üçün alternativ təhsil məkanları lazımdır.
Bakı Slavyan Universitetinin tələbəsi İranə Abdullayeva:
- Elə müəllimlər var ki, onların fikrinə etiraz edəndə çox sərt reaksiya göstərirlər, imtahanda kəsməklə hədələyirlər.
Sən nə düşünürsən? Əsas biliklərini, savadını harada almısan? Universiteti bitirmisən, yoxsa universitetdə texniki (tibbi, sosial) elmləri öyrənmisən?

Şərhləri göstər

XS
SM
MD
LG