Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:19
-
- Nazir qəbula gəlib, başçı ilə görüşə gəlməyib ki? Görüşü vardı, başqa vaxt görüşəydi. Gəlib oturub başçı ilə söhbət edir, məni də aldadıb, burda oturdub, qaravəlli danışırlar. Mən bura qaravəlliyə qulaq asmağa gəlmişəm, yoxsa nazirə dərdimi deməyə?

- Kim oturdub sizi burda?

- İcra başçısının müavinləri, şöbə işçiləri. Bu, gizli qəbuldur, aşkar deyil. 3 saatdır oturmuşam burda, vaxt itirirəm, qaravəlliyə qulaq asıram. Nazir qəbul keçirməyə gəlibsə, otursun, bir-bir camaatı qəbul edib, şikayətlərini dinləsin. Nazir o tərəfdə qəbul keçirir, bizi də bu tərəfdə gizlədib qaravəlli danışırlar...

NAZİRƏ DEYƏCƏYƏM Kİ...

Aprelin 12-də səhər saat 11-ə az qalmış Quba Mədəniyyət Evinin qarşısında bir vur-çatlasın vardı, gəl görəsən. Buraya Nəqliyyat naziri Ziya Məmmədov gəlmişdi. Gəlmişdi ki, şimal bölgəsi sakinlərinin şikayətlərini dinləsin. Ancaq yerli icra hakimiyyətinin işçiləri nazirə nəqliyyatın problemlərindən danışmaq üçün İsnov kəndindən yol ölçüb Qubanın mərkəzinədək gələn Qüdrət Əliyevlə əməlli-başlı «zarafatlaşmışdılar». Nazirin qəbuluna düşmək istəyənlər

Nazirin qəbuluna düşmək istəyənlər

Onu mədəniyyət evinin gözdən-könüldən uzaq bir otağında oturdan icra işçiləri nazirin çoxdan qəbula başladığını deməyi lazım bilməmişdilər. Halbuki Qüdrət kişinin ürəyi nazirə deyiləsi sözlərlə dolu idi:

- Deyəcəyəm ki, avtovağzalda bilet kassaları işləmir. Sərnişinlər avtobusa oturandan sonra sürücülər onlardan pul yığır. Bilet 2 manat 71 qəpik olduğu halda, sərnişinlərdən 4 manatdan yolpulu yığılsa da, bilet verilmir. Nazirə deyəcəyəm ki, bunların qarşısını alsın.

TORPAĞINA SƏNƏD ALA BİLMƏYƏN, TƏQAÜDDƏN NARAZI QALAN, KRANI XARAB OLAN...

Qəbula gələnlərin heç də hamısı Qüdrət Əliyev kimi nəqliyyatdan şikayətçi deyildi. Torpağına sənəd ala bilməyən, ev tikməyə imkanı olmayan, ünvanlı sosial yardım istəyən, təqaüd azlığından narazı qalan – hamı burdaydı. Hətta su kranı xarab olan Ədilə Abbasova da Qaraçay kəndindən durub gəlmişdi: İcra başçısı Mübariz Ağayev şikayətçilər arasında

İcra başçısı Mübariz Ağayev şikayətçilər arasında


- Gəlmişəm su kranından şikayət edəm. Yer qalmayıb şikayət eləməyəm. Gəldim, bəlkə buna dərdimi desəm, həll olar.

Rayonun icra başçısı Mübariz Ağayev də belə şikayətçilərin əlində qalmışdı:

- Bu kişi gəlib nəqliyyatdan şikayətlərə baxmağa. Torpaq, pensiya, sosial yardım işlərinə baxmır, əl çəkin.

- Mənim şikayətim məktəbdəndir.

- 8 gündən sonra Təhsil naziri gələcək, sən get, onda gəlib dərdini Misir Mərdanova deyərsən.

QAPININ O TAYINDA...

Ziya Məmmədov uzun bir masanın baş tərəfində əyləşib qəbula gələnləri dinləyirdi. Şikayətlər yollardan idi, ancaq avtomobil yollarından yox, kənd ara yollarından. Ziya Məmmədov qəbula gələnləri dinləyir

Ziya Məmmədov qəbula gələnləri dinləyir

Bilmirdilər ki, bu yolları asfaltlamaq nəqliyyat nazirinin yox, kənd bələdiyyəsinin işidir. Bununla belə, nazir dinləyir, başçıya tapşırıqlarını verir, başçı da bu tapşırıqları dəftərin bir qırağına yazırdı.

Bəzi şikayətçilər də işə düzəlmək sorağıyla gəlmişdi...

QAPININ BU TAYINDA...

Qapı nəqliyyatdan və Nəqliyyat Departamenti işçilərindən şikayəti olanların üzünə bağlanmışdı. Üstəlik, nazir gəlməzdən öncə...

Şikayətçiləri mədəniyyət evinin salonuna yığan məmurlar onları təlimatlandırırdılar. Rayon icra hakimiyyətinin işçiləri burada videoçəkilişə imkan vermədilər.

Bağlı qapı arxasında qalanlardan biri də elə İsnov kəndindən yol ölçüb Qubanın mərkəzinədək gələn Qüdrət Əliyev oldu. O, nəqliyyat nazirinə nəqliyyatdakı özbaşınalıqdan şikayət etməyə gəlmişdi...

Şərhləri göstər

XS
SM
MD
LG