Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37

«Naxçıvanda Zərifə Əliyevanın 90 illik yubileyi qeyd edilmişdir...»


Zərifə Əliyeva və Heydər Əliyev

Zərifə Əliyeva və Heydər Əliyev

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» 12 aprel 2013.

Görkəmli oftalmoloq-alimin 90 illik yubileyi qeyd olunmuşdur

...Məruzələrdə qeyd olunmuşdur ki, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

Bildirilmişdir ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.

Konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır ki, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazır¬lanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Alim dünyada ilk dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.

Şərurda karate-do yarışı

Şərur Şəhər Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası «Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq» devizi altında yeniyetmələr arasında karate-do üzrə rayon birinciliyi keçirmişdir. Turnirdə 8-9, 10-11, 12-13, 14-15 və 16-17 yaş qrupları arasında 4 məktəbin komandası iştirak etmişdir. Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə muxtar respublika Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev açaraq demişdir ki, yarışın keçirilməsində məqsəd uşaqların sağlam, vətənpərvər ruhda tərbiyə edilməsinə, idmançı, məşqçi və hakimlərin ustalığının artırılmasına, uşaqların mənəvi və fiziki hazırlığının inkişafına və karate-do idman növünün inkişafına və kütləviliyinə nail olmaqdan ibarətdir.

Yarışda 120 idmançı tatami üzərində qalib olmaq üçün qüvvəsini sınamışdır.

***

Aprelin 11-də Şərur Şəhər Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilən məktəblər arasında futbol üzrə rayon birinciliyi start götürüb. 16 komandanın qatıldığı tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin metodisti Yaşar İsmayılov yarışın məqsəd və vəzifələri, təşkilatçıları barədə məlumat verib.
İlk gün Xələc-Çərçiboğan və Aşağı Daşarx-Düdəngə futbolçuları qarşılaşıblar. Çərçiboğan və Aşağı Daşarx komandaları meydançanı qalib kimi tərk ediblər. Futbol yarışı davam edir.
XS
SM
MD
LG