Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:22

Kerry Şimali Koreya liderini məsuliyyətə çağırır


Seula səfərə gələn ABŞ Dövlət katibi John Kerry Şimali Koreya liderinə mürcaiət edərək, onu məsuliyyətə çağırıb:

"Ən böyük təhlükə odur ki, nəsə baş versin və buna cavab verilsin və vəziyyət nəzarətdən çıxsın. Buna görə də biz Kim Jong Una müraciət edirik ki, indiki anın məsuliyyətli liderlik anı olduğunu etiraf etsin və indi yaxşı imkanlar əldə etmək anıdır, pis imkanlara getməyə çalışmasın."

Kerry deyib ki, Şimali Koreyanın müharibə ilə hədələməsi yolverilməzdir və ABŞ öz müttəfiqlərini müdafiə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG