Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Hesablama palatası İnşaat və Dillər universitetlərində yeyintilər aşkarlayır


Hesablama Palatasının 2012-ci il üzrə büdcə təşkilatlarında apardığı yoxlamalar zamanı təhsil sektorunda nöqsanlar aşkarlanıb. Bu barədə məlumatı bizimyol.info yayıb.
Aparılan audit zamanı deputat Gülçöhrə Məmmədovanın rektoru olduğu Memarlıq və İnşaat Universitetində və onun nəzdində fəaliyyət göstərən İnşaat Kolleci üzrə 22 min manat büdcə vəsaitinin mənimsənilməsi , 31,3 min manat vergidən yayınması aşkarlanıb.

Digər millət vəkilinin - Səməd Seyidovun rektoru olduğu Dillər Universitetində ötən il qalmaqala səbəb olan yoxlamanın da nəticələri açıqlanıb. Audit zamanı ciddi maliyyə və hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara, habelə, saxtakarlıq və mənimsəmə hallarına yol verildiyi aşkarlanıb.

Prokurorluq tərəfindən verilən məlumata əsasən, büdcəyə 1,5 milyon manat ziyan vurulub.

Hesabat ilində sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 6 saylı xüsusi internat məktəblərində, S. Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada və Kimya-Biologiya Təmayüllü Respublika Liseyində də büdcə vəsaitlərinin mənimsənilməsi üzə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG