Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:35

Şimali Koreyanın nüvə başlıqlı raket buraxma imkanları öyrənilir


ABŞ-ın Dövlət Katibi John Kerry Cənubi Koreyaya gəlib. Səfər Şimali Koreyanın mümkün nüvə-raket zərbələrindən Cənubi Koreyanın narahatlığının artdığı dövrə təsadüf edir.

Səfər ərəfəsi ABŞ-da yayılan yeni kəşfiyyat hesabatına görə, Şimali Koreya öz nüvə işlərində qabağa gedib və bu da ehtimal etməyə imkan verir ki, Pxenyan öz raketlərini nüvə başlıqları ilə silahlandıra bilər.

Ancaq Pentaqon bildirir ki, Şimali Koreyanın nüvə başlıqlı raket buraxa biləcəyini sübut olunmuş hesab etmək olmaz.

Şimali Koreyanıən raket hücumundan narahat olan digər ölkə - Yaponiya isə cümə günü elan edib ki, Okinavada raketlərdən müdafiə üçün Patriot raket sistemlərini daimi yerləşdirəcək.
XS
SM
MD
LG