Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:47

Faulkner-in Nobel mükafatı hərraca çıxarılır


Nobel medalı (Arxiv)
Nobel medalı (Arxiv)
-

Nobel mükafatlı Amerika yazıçısı William Faulkner-ə aid əşyalar hərraca çıxarılır.

İyunda Sotheby's hərracına çıxarılması gözlənilən və ümumilikdə yazıçının ailəsinə 2 milyon dollar qazandıracağı gözlənən əşyalar arasında Nobel medalı da var.

Yazıçı bu mükafata 1950-ci ildə layiq görülüb. Bundan başqa auksiona onun Nobel nitqinin əlyazması da çıxarılır.

Satılacaq əşyalar arasında yazıçının şəxsi məktubları (o cümlədən 1925-ci ildə anasına yazdığı məktub. Yazıçı məktubda özünün saqqallı rəsmini də cızıb), müxtəlif əsərlərinin əlyazmaları, 1951-ci ildə layiq görüldüyü “Legion d'Honneur” (Fransa) medalı da var.

William Faulkner-in Nobel medalı Mississippi Universitetində saxlanır.

2010-cu ildə Christie's hərracında Faulkner-a aid müxtəlif əşyalar 800 min dollardan baha satılmışdı.

Oxu zalı
"Daily mail"ə istinadla
XS
SM
MD
LG