Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:35
Hannover şəhərinin prokurorları Almaniyanın keçmiş prezidenti Christian Wulffa korrupsiya ittihamlarını rəsmi şəkildə irəli sürüblər.

Prokurorlar bildirirlər ki, ittihamlar bir hoteldə xərclənən 4 min avro və bir film prodüserinin 2008-ci ildə Oktoberferst festivalında Wulff və onun ailəsinin əyləncə xərclərini çəkməsi ilə bağlıdır.

Prokurorların ittihamları rəsmi şəkildə irəli sürməsinə səbəb Wulffun cərimə ödəyib, məhkəməsiz işi yoluna qoymağı rədd etməsidir. O bildirirdi ki, məhkəməyə gedib, günahsızlığını sübut edəcək.

Wulff 2012-ci ilin fevralında korrupsiya ittihamlarına görə prezidentlikdən istefa verir. O həmçinin 2010-cu ildə prezident seçilməzdən qabaq, Aşağı Saksoniyaya rəhbərlik edəndə rüşvət almaqda ittiham olunurdu.

Şərhləri göstər

XS
SM
MD
LG