Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45
-
Birinci ölüm hadisəsi Ucar rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.
Göyçay rayon Kürdəmiş kənd sakini, 27 yaşlı Məmmədova Flora Gülamət qızı hamiləlik gedişində yaranmış problemlə əlaqədar xəstəxananın doğum şöbəsində müraciət edib. Reanimasiyaya yerləşdirilən qadın orada vəfat edib.
Ucar MRX-dən verilən məlumata görə, hamiləlik zamanı nəfəs çatışmazlığından əziyyət çəkən F. Məmmədova əvvəlcə Göyçay MRX-yə müraciət etsə də, orada onu qəbul etməkdən imtina ediblər. Yaxınları bundan sonra onu Ucar MRX-na çatdırıblar.
Göyçay MRX-dan isə onlara müraciət olunmadığını bildiriblər.
İkinci hadisə isə ötən gecə Ağdaş rayonunda baş verib. Belə ki ,rayonun Yuxarı Nemətabad kənd sakini, 36 yaşlı Məcidova Pərvanə Akif qızı və onun dünyaya gələcək qız övladı Ağdaş doğum şöbəsində doğuş zamanı ölüb.
P. Məcidovanın ailə üzvləri faktla bağlı Prokurorluğa şikayət ediblər. Şikayətdə ölüm halının doğuşu aparan həkimlərin səhvi ucbatından baş verdiyi iddia edilir.
Faktlarla bağlı Ucar və Ağdaş rayon Prokurorluğunda araşdırmalar aparılır.

Şərhləri göstər

XS
SM
MD
LG