Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

Nəqliyyat naziri şimal bölgəsində qəbul keçirir


-
Nəqliyyat naziri Ziya Məmmədov Qubadakı Mədəniyyət Evində şimal bölgəsində yaşayan şikayətçiləri qəbul edir.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, saat 11-də başlayan qəbula ən azı 50 şikayətçi gəlib. Mədəniyyət Evinin qarşısındakı polis, yerli icra hakimiyyəti və Nəqliyyat Nazirliyinin işçilərinin sayı da təqribən o qədərdir.
Görüş başlamamışdan əvvəl şikayətçiləri Quba rayon icra hakimiyyəti başçısının müavini Yusif Abidov Mədəniyyət Evinin otaqlarından birində növbə ilə qəbul edib. O, nazirə edəcəkləri şikayətlərlə, veriləcək suallarla maraqlanıb. Şikayətçilərin deməsinə görə, onlara tapşırılıb ki, nazirə «artıq-əskik» suallar verilməməlidir.
Yusif Abidov AzadlıqRadiosunun bölgə müxbirinin həmin otaqda çəkiliş aparmasına mane olub.
Qəbul zamanı nazirə olan şikayətlər əsasən avtomobil yollarının bərbadlığından, Nəqliyyat Departamentinin regional şöbələrinin əməkdaşlarından, taksi sürücüsü kimi fəaliyyət göstərənlərin lisenziya alarkən qarşılaşdıqları problemlərdən və cərimələrdən olub.
Nazir şikayətçiləri dinləyərək işçilərinə tapşırıqlar verir.
Qəbul davam edir.
XS
SM
MD
LG