Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:08

Ə.Həsənov: «Gəncədə köçkünlər qəsəbəsində mədəniyyət evi tikilir»


Əli Həsənov tikinti işləriylə maraqlanarkən

Əli Həsənov tikinti işləriylə maraqlanarkən

-
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Gəncədə inşa edilən qəsəbənin tikintisi ilə maraqlanan zaman bildirib.
Bildirib ki, şəhərcikdə tikinti işləri keyfiyyətlə aparılır. Əlavə edib ki, ilk dəfə olaraq ölkədə qəsəbədə 500 yerlik mədəniyyət evi tikilir.
Gəncədə salınan şəhərcikdə 25 ədəd 5 mərtəbəli yaşayış binası, 1200 yerlik orta məktəb binası, 280 yerlik uşaq bağçası, inzibati bina, musiqi məktəbi, həkim məntəqəsi və yanğın deposu tikilir. Qəsəbə bu ilin avqust ayında istifadəyə veriləcək.
Tikilən bina

Tikilən bina

Gəncədə 20 min nəfər olmaqla 5 min məcburi köçkün ailəsi var. Onların 70 faizi şəhərdə olan yataqxanalarda məskunlaşıb. Ailələrdən 1800-ü Gəncədə olan tələbə yataqxanalarında yaşayır ki, ilk mərhələdə yeni salınana şəhərciyə 1500 ailə köçürüləcək.

Şərhləri göstər

XS
SM
MD
LG