Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:52

Partiyaların hesabatı, «Daş yuxular»


-
Aprelin 12-də dərc olunan qəzetlər müxtəlif mövzularda yazıblar. Mətbuatın icmalını təqdim edirik:

«ELMAR MƏMMƏDYAROV ATƏT ÖLKƏLƏRİNİ İTTİHAM ETDİ»

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun fikirlərini dərc edib: «Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Bakı Ofisinin statusunun layihə- koordinator səviyyəsinə endirilməsi ilə bağlı müraciət edib və bu, haqlı bir hərəkətdir. Bəzi ölkələr bizə xəbər göndərirlər ki, biz bu məsələdə konsensusa gəlməyəcəyik. Belə bir şantaj yolverilməzdir. ATƏT-ə üzv dövlətlərin öz hüquqları var və həmin dövlətlər nümayəndəliyin statusu ilə bağlı özü qərar qəbul edə bilər».

«PARTİYALAR, QHT-lər HESABAT VERMƏLİDİR»

«Bizim Yol» qəzeti yazır ki, Maliyyə Nazirliyi ağır cərimə sanksiyaları ilə hədələyir:

«Nazirlik QHT-lərə və siyasi partiyalara ötən ildəki fəaliyyətinə dair maliyyə hesabatlarının təqdim olunmasının vacibliyi barədə xəbərdarlıq edib. Qanun layihəsinə görə, hesabatlar aprelin 1-dək təqdim olunmalı idi».

«İP«YENİ MÜSAVAT» VƏ «AZADLIQ» QƏZETLƏRİNİ XİLAS ETMƏK İSTƏYİR...»

«Yeni Müsavat» qəzeti xəbər verir ki, İctimai Palatanın Koordinasiya Şurasının (İPKŞ) son iclasında həmin qurumun üzvü, hüquqşünas Vidadi Mirkamal təklif edib ki, aprelin 17-də baş tutacaq toplantıda «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə qarşı hücumlar, habelə mediaya basqınlarla bağlı dindirmələr keçirilsin:

Arxiv foto
Arxiv foto
«V. Mirkamalın sözlərinə görə, dinləmələrdə azad mətbuata qarşı hücumlar, hakimiyyətin özünə yaxın mediaya yardımları da müzakirə olunacaq».

««DAŞ YUXULAR»IN ERMƏNİ DİLİNDƏ ÇAPI AZƏRBAYCANA QARŞI İDEOLOJİ TƏXRİBATI ARTIRACAQ»

«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlının Əkrəm Əylislinin «Daş yuxular» romanı ilə bağlı Trend-ə verdiyi açıqlamasını çap edib:

«Ermənistan romanını erməni dilində tərcümə etməklə Azərbaycana qarşı ideoloji təxribatı artıracaq. Əkrəm Naibovun bədnam «Daş yuxular» romanı artıq erməni dilində çap edilib. Əlbəttə, düşmən yatmayıb. Hər vasitədən istifadə edərək bizə qarşı ideoloji təxribatını və qara piar kampaniyasını aparmaqdadır».

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycanın Gəncə şəhəri «Avropa Gənclər Paytaxtı-2016» müsabiqəsinin finalına çıxıb».

«Gəncə Avropa Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən müsabiqədə 12 ölkə arasında finala çıxan 5 şəhərdən biri olub».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG