Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:24

Daha bir əsgərin öldüyü deyilir


-
«Azərbaycanda əsgər faciəli şəkildə vəfat edib».
APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Bakıda yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb.
2013-cü ilin aprel ilində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sarvan oğlu hərbi hissənin yataqxanasının 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə F. Hüseynov ağır vəziyyətdə hospitala yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova APA-ya faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG