Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:55

Baş Prokurorluq: AFU «N!DA» ilə «Ol!»ub [Video]


-
Aprelin 10-u axşam saatlarında Azad Fikir Universiteti «Facebook» sosial şəbəkəsindən həmin gün səhər saatlarında qapılarının Baş Prokurorluq tərəfindən bağlanması, qapılarının möhürlənməsi xəbərini yazdı:

«Hal-hazırda səbəbləri aydınlaşdırmağa çalışırıq. AFU-nun ofisini bağladıqlarından qarşıdan gələn həftəlik mühazirələr və digər tədbirlərin keçirilməsi qeyri-mümkün olmuşdur. Buna görə də özümüzdən asılı olmayan şərtlərə görə AFU-dakı tədbirlər qeyri-müəyyən müddətə təxirə salınır».

«Ol!» Gənclər Hərəkatının alternativ təhsil layihəsi olan AFU 2009-cu ildə yaradılıb. 4 il ərzində AFU 300-ə yaxın müxtəlif tədbirlər keçirib, tədbirlərdə 4 mindən artıq gənc iştirak edib. Sosial şəbəkədə işıq effekti ilə yayılan bu xəbərə hərə bir cürə münasibət bildirdi. Kimisi AFU ilə oxuduğu universiteti müqayisə etdi, kimisi qapılarının möhürlənmə səbəbini azad fikri boğmaq cəhdi kimi şərh etdi.

«AFU-NUN BAĞLANMASI MƏDƏNİ MÜBARİZƏNİ AŞAĞI SALACAQ»

Özünü oxuduğu universitetin yox, ictimai məktəblərin tələbəsi sayan Pərviz Əzimov AFU-nun bağlanmasının gənclərin ictimai savadsızlığını artıracağından narahatdır:

«Mən Lənkəran Dövlət Universitetinin yox, «Dalğa» Gənclər Hərəkatının Demokratiya Məktəbinin və Azad Fikir Universitetinin məzunuyam. AFU-nun bağlanması mədəni mübarizəni aşağı salacaq.
Pərviz Əzimov

Pərviz Əzimov

Biri var elmli-bilikli insanlar öz haqlarını tələb etsinlər, biri də var insanlar yabanı formada haqlarını müdafiə etsinlər. Çox təəssüflənirik buna».

Azad Fikir Universitetinin yerləşdiyi ofisin qapısında Ağır Cinayətlərə dair İstintaq İdarəsinin möhürü var. Baş Prokurorluğun AFU-nun bağladılması barədə yaydığı məlumatda AFU ətrafında baş verənlər «N!DA» Gənclər Hərəkatına qarşı açılmış cinayət işi ilə əlaqələndirilir. Açıqlamada bildirilir ki, «N!DA» ilə «Ol!» təşkilatının təsisçiləri eyni adamlardır. Məlumata əsasən, «Ol!» mövcud qanunvericiliyin tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməyib, fəaliyyəti ilə əlaqədar müvafiq dövlət qurumlarına lazımi hesabatlar təqdim etməyib, xarici ölkə təşkilatlarından qanunsuz vəsaitlər alıb. Bunların araşdırılması üçün Baş Prokurorluq AFU-nun ofisindəki material və sənədləri Maliyyə Nazirliyinin yoxlamasını təşkil edib».

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

ZİDDİYYƏT

Hüquqşünas Ələsgər Məmmədli AFU-nun gənclərin formalaşması, yetişməsi üçün ciddi platforma olduğunu düşünür:

«Bu platforma kommersiya, biznes fəaliyyəti deyil ki, onun vergi qaçaqçılığı, yaxud maliyyə hesabatının gizlənməsindən bəhs olunsun. Azərbaycan qanunvericiliyinə görə, QHT-lər qeydiyyatdan keçmədən də fəaliyyət göstərə bilər. Sadəcə, 2013-cü il martın 11-də olan dəyişiklikdən sonra qeydiyyatdan keçməyərək qrant alanlara inzibati sanksiya tətbiq olunur. AFU qrant alıbsa da, düşünürəm ki, fiziki şəxsin adına alınıb və qrantın vergisi ödənərək rəsmiləşdirilib. Açıqlamada bir tərəfdən bu təşkilatın qeydiyyatdan keçmədiyi deyilir, o biri tərəfdən də bildirilir ki, «N!DA» və «Ol!»un təsisçiləri eyni adamlardır».

Richard Morningstar

Richard Morningstar

SƏFİR NARAHATDIR

ABŞ səfiri Richard Morningstar aprelin 11-də AFU-nun bir qrup nümayəndəsi ilə görüşüb. Universitetin bağlanması ilə bağlı fikirlərini bildirməzdən əvvəl səfir deyib ki, o, Azərbaycanın dostudur:

«1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Azərbaycanın əldə etdiyi nailiyyətlərə heyranam. Lakin etirazlara və vətəndaş cəmiyyəti hərəkatına fəal qatılan gənclərin saxlanması və dindirilməsi də daxil olmaqla, builki etirazlara qarşı hökumətin reaksiyası məni narahat edir. Dünən axşam rəsmilər tərəfindən Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi».

AFU-da mühazirələr insan hüquqları, demokratiya, iqtisadi inkişaf, qlobal siyasət, gender məsələləri, sosial elmlər, fəlsəfə, media, mədəniyyət, gənclik və ictimai fəallıq mövzularında olurdu. «Ol!» təşkilatının məlumatına görə, Azad Fikir Universiteti öz fəaliyyətini ABŞ və Böyük Britaniyanın ölkədəki səfirlikləri, USAID, «Counterpart International», ABŞ-ın Demokratiya naminə Milli Fondu (NED) və German Marşall Fondunun dəstəyi ilə həyata keçirib.

Şərhləri göstər

XS
SM
MD
LG