Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24

Seul Pxenyanın raket hücumunun qarşısını almağa hazır olduğunu deyir


Foto arxiv

Foto arxiv

Cənubi Koreya Şimali Koreyanın istənilən raket hücumunun qarşısını almağa hazırdır.

Bunu bu gün jurnalistlər Cənubi Koreya müdafiə nazirliyinin sözçüsü Kim Min Seok deyib.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə Şimali Koreya özünün cənub sahilində 2 orta mənzilli balistik raket yerləşdirib.

ABŞ müdafiə naziri Cak Heygel (Chuck Hagel) Şimali Koreyaya təhlükəli həddə çatdığını xəbərdarlıq edib.
O qeyd edib ki, Vaşinqton Cənubi Koreya və Yaponiya da daxil olmaqla özü və müttəfiqlərini qorumağa hazırdır.

Şimali Koreya bu günlərdə BMT təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və Vaşinqtonla Seulun keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq Cənubi Koreya ilə barışıq müqaviləsindən çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG