Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:49

E. Məmmədyarov: «İnanmıram ki, İran hökuməti hansısa xoşagəlməz hərəkətə yola versin»


Elmar Məmmədyarov və Miroslav Lajčák

Elmar Məmmədyarov və Miroslav Lajčák

-

«İran Milli Məclisində xoşagəlməz diskussiyalar başlayıb. İnanmıram ki, belə hərəkətlər hansısa nəticə ilə yekunlaşsın». Bunu aprelin 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəzi iranlı deputatların Türkmənçay müqaviləsinin ləğvi təklifinə münasibət bildirərkən deyib.

Azərbaycan və Slovakiya xarici işlər nazirlərinin keçirdiyi birgə mətbuat konfransında nazir bildirib ki, İrandakı müzakirələri oradakı Azərbaycan səfirliyi izləyir:

«Amma mən inanmıram ki, İran hökuməti hansısa xoşagəlməz hərəkətə yola versin».

«ŞANTAJLAR QƏBULEDİLMƏZDİR»

Nazir ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı XİN-in ATƏT-in baş ofisinə müraciət etdiyini və statusun layihə koordinatoruna dəyişdirilməsini istədiklərini deyib:

«Bəzi ölkələr bizə xəbər göndərirlər ki, statusun endirilməsinə konsensus vermirik, bu tip şantajlar qəbuledilməzdir, çünki ATƏT-in üzv dövlətlərinin öz hüquqları var, o baxımdan hər dövlət özü qərar verə bilər. Onu deyə bilərəm ki , ATƏT-in daimi şurasında ekspert qrupu yaradılıb və onlar tərəfindən bu məsələ ilə bağlı qərar verilməsi barədə qərar qəbul olunub».

Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablayarkən həmçinin bildirdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistana xarici işlər nazirləri səviyyəsində görüş təklif edib. Artıq rəsmi Bakı bu görüşə razılıq verib. Amma görüşün vaxtı hələ bilinmir.

SÜLHƏ MANE OLAN HƏRƏKƏTLƏR

ABŞ-ın Men ştatının Dağlıq Qarabağın müstəqilliyini tanıması barədə qətnamə qəbul etməsinə münasibət bildirən nazir, bu qərarın arxasında ABŞ-dakı erməni diasporunun dayandığını və bu hərəkətlərin sülh prosesinə kömək etmədiyini deyib.

Mətbuat konfransında çıxış edən Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Lajčák deyib ki, Slovakiya üçün enerji məsələləri çox vacibdir və bu yöndə Prezident İlham Əliyevlə və nazirlə danışılar gedir.

Slovakiyalı rəsmi Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən Minsk qrupunun fəaliyyətini dəstəklədiyini də deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG