Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:50

Səfər Əbiyev Xankəndindəki aeroport barədə danışıb


«Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunun üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir».

Bunu aprelin 11-də müdafiə naziri Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieracki-nin Xankəndinə uçuşlarla bağlı sualına cavabında deyib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Səfər Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini bildirib. Nazir deyib ki, «Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumların gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir».
XS
SM
MD
LG