Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:53
-
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Azadlıq FM-in canlı efirinə danışıb.

- İctimai nəqliyyatdan istifadənin təbliğatına ehtiyac varmı?

- Hər zaman var. Xüsusilə yeniliklər tətbiq olunacaq. May ayından şəhərdaxili sərnişindaşımada kart sisteminə keçirik. Bundan sonra isə təbliğata daha çox ehtiyac yaranacaq.

- İctimai nəqliyyatın vəziyyəti ilə bağlı çox şikayətlər eşidirik. Məsələn, avtobuslarda basabas, ictimai nəqliyyatın gecikməsi...

- Şübhəsiz ki, problemlər çoxdur. Bunun da müxtəlif səbəbləri var. Müəyyən yerlərdə tikintilərin getməsi, dayanacaqların taksilər tərəfindən zəbt olunması, sərnişinlərin kifayət qədər çoxluğu problemlərin yaranmasına səbəb olur. Bəzi xətlərdə avtobus çatışmazlığı var. Sahibkarlar yeni avtobus alıb xətdə buraxmaqda çətinlik çəkirlər. Amma hesab edirəm ki, bu problemlərin bəziləri həll olunacaq. Çünki iyun ayında biz yeni sistemə keçirik. 500 avtobusda kart sistemi tətbiq ediləcək. Kart sistemi gecikmələrin qarşısını alacaq.

- Belə fikirlər səslənir ki, şəhərdaxili sərnişindaşımada monopoliya var, xətlər ayrı-ayrı məmurların nəzarətindədir, azad rəqabət olmadığı üçün belə problemlər yaşanır.

- Mən bu fikirlərlə razı deyiləm. Bu sahədə 50 sahibkar 170 marşrut işlədir. Əvvəl 200-dən çox sahibkar var idi, indi 50. Hansı monopoliyadan söhbət gedə bilər?

- «Azadlıq FM» izləyiciləri bəzi xətlərdə avtobus çatışmazlığından gileylidir. Amma bəzi xətlərdə avtobusların gen-bol olduğunu deyirlər.

- Bəzi xətlərdə avtobuslar çox olur, çünki sahibkarın imkanı var ki, sərnişini rahat daşımaq üçün xəttə çox avtobus buraxsın. Amma elə sahibkar da var, maddi imkanı çatmır ki, kifayət qədər avtobus ala bilsin. Biz hansı xətdə hansı problem olduğunu bilirik. Sahibkarlara da xəbərdarlıq edilib ki, daşıma səviyyəsini elə həddə çatdırsınlar ki, sərnişinlər bizdən razı qalsınlar. Amma dünyada da belədir, sərnişini heç vaxt daşıyıb qurtarmaq olmur.

- Sahibkarın xəttə avtobus buraxmağa imkanı yoxdursa, bunda sərnişinin nə günahı? Sərnişin mənzilbaşına rahat çatmaq istəyir.

- Sərnişinlər günahkar deyil. Sadəcə, bizim dövrün sərnişinləri keçid dövrünə çatdılar. Bir az dözümlü olsunlar. Müvəqqəti narahatlıqdır.

- Fiziki məhdudiyyətli şəxslərin ictimai nəqliyyatdan istifadə imkanlarının olmaması da şikayətlər arasındadır.

- Sərnişindaşıma özəl sektordur. İndi danışıqlar gedir ki, əlilliyi olan şəxslər üçün xüsusi avtobuslar gətirilsin. Bunun üçün Ombudsman Aparatı ilə də danışıqlar aparılır ki, bu məsələ gündəmdə qalsın. Təkcə bu yox, güzəştlər də gündəmdədir. Bir təşkilat tələbələrə ictimai nəqliyyatdan güzəştli istifadə imkanının yaradılması məsələsini qaldırmışdı. Bu məsələ də gündəmdədir. Elə bilməsinlər ki, biz bu barədə düşünmürük. Sadəcə, özəl sektora hər dəqiqə müdaxilə etmək olmur.

- Yaxın istiqamətlərə getmək üçün iki marşrutdan istifadədən şikayətlənənlər də var.

- Bilirsiniz, islahatlar getdi, xırda tutumlu 3 mindən çox marşrut yığışdırıldı, ona görə belə problem yarandı. Amma 2015-ci il Avropa Olimpiya Oyunlarına qədər Bakıya 1200 avtobus gətiriləcək. Sadəcə, sərnişinlər bir az səbir eləsinlər.

Şərhləri göstər

XS
SM
MD
LG